0
Thursday 27 September 2012 - 11:16

Suriya üsyançılarının komandiri hökumət əleyhinə vuruşmaqdan imtina edib

Story Code : 198959
Suriya üsyançılarının komandiri hökumət əleyhinə vuruşmaqdan imtina edib
Adının açıqlanmasını istəməyən mənbənin bildirdiyinə görə kapitan Xalid Abdil Rəhman əl Zamel çərşənbə günü terror fəaliyyətindən imtina etdiyini elan edib.

Bu arada çərşənbə günü Suriya paytaxtı Dəməşqdə hərbi komanda qərargahını hədəfə almış iki bomba partlayışı nəticəsində Suriya təhlükəsizlik qüvvələrindən olan 4 nəfər həlak olmuş və 14 nəfər isə yaralanmışdır.

İki böyük partlayış 10 dəqiqə fasilə ilə baş vermiş, binaya və yaxınlıqdakı maşınlara ciddi ziyan dəymişdir.

Bir neçə saat sonra Press TV-nin müxbiri Maya Nasir snayper vastəsilə vurularaq qətlə yetirilmişdir.
İngilis dilli Press TV və Ərəb dilli Əl Aləm xəbər agentliklərinin Dəməşq şöbəsinin rəhbər vəzifəsində çalışan Huseyn Murtaza eyni hücum nəticəsində yaralanmışdır.
Comment