0
Monday 22 October 2012 - 08:24

İsveçlilər işğalçı İsrailə qarşı

Story Code : 205544
İsveçlilər işğalçı İsrailə qarşı
"IslamTimes" xəbər verir ki, Qəzzaya humanitar yardım aparmaq niyyətində olan "Estelle" gəmisinə sionist əsgərlərin hücum etməsi, İsveçin paytaxtı Stokholmda cidi etirazlarla qarşılanıb.

"Ship to Gaza" hərəkatının İsveçli təşəbbüskarları tərəfindən təşkil edilən mitinqə Stokholmda yaşayan fələstinlilərlə yanaşı çox sayda İsveç vətəndaşı da qatılıb.

Sergel Torg meydanında baş tutan mitinqdə İsveç Parlamenti Yaşıllar Partiyasının türk millət vəkili Mehmet Kaplan, digər partiya nümayəndələri və "Ship to Gaza" hərəkatı məsulları da iştirak edib.

Etirazçıların əllərində Fələstin bayraqları ilə yanaşı Qəzzaya dəstək ifadələri yer almış plakatlar da olub. Aksiyada humanitar yardım aparan gəmilərə sionistlər tərəfindən müdaxilə kəskin şəkildə pislənib, işğalçı İsrail əleyhinə şüarlar səsləndiriblər.

Comment