0
Friday 26 October 2012 - 18:23

Sənədli qoyunlar

Story Code : 206775
Sənədli qoyunlar
Sənədli qoyunlar
Islam times.org/az/ - Bütün oxucularımı və dünya müsəlmanlarını Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Keçək məsələyə, əliyev rejimi maddi, mənəvi, dini bir sözlə hər nə etsə, bilin ki, bütün varlığı ilə pul qazanmaq üçün edir, o cümlədən qurbanlıq qoyunların və danaların tədarükü tədbirlərini.

Sizə də məlumdur ki, hakimiyyətin qərarı ilə rayonlardan paytaxta gətirilən qoyun və danaların istehlakçılara satılmasından əvvəl baytar nəzarətindən keçirilməsi və bundan sonra qurbanlıq qoyunlara pasport verilməsi prosedurları tətbiq edilib.

İlk baxışdan sivil və ağıllı bir tədbirdir. Hakimiyyət bununla bağlı Ölkənin müxtəlif yerlərində 120 baytar baxış məntəqəsi təşkil etdiyini iddia edir. Ancaq kim sizə deyib ki, bu məntəqələrdə xəstə heyvanlar bazara buraxılmır.

Sağlam heyvanın baxışı üçün 10-12 manat ödənildiyi halda, xəstə heyvan üçün 25 manat ödənilir və sonra da heyvanı çıxarılır satışa. Burda təəcüblü bir şey olmadığını deyəcəyinizə əminəm, çünki bu rejim haram loğma yemək üçün yaşayır, ancaq bir jurnalist olaraq fitnənin daha bir üzünü sizə sənədli qoyunların timsalında göstərdim.

İSLAMTİMES - ELOĞLU
Source : İslamtimes
Comment