0
Monday 5 November 2012 - 10:32

Suriya nəyin bədəlini ödəyir?

Story Code : 209245
Suriya nəyin bədəlini ödəyir?
"IslamTimes" "Əl-Minar"-a istinadən xəbər verir ki, avropalı diplomatlardan biri deyib: "Suriyada bu gün baş verənlər 2005-2008-ci illərdə Dəməşqin Qərbə boyun əyməməsinin nəticəsidir. O vaxt ABŞ Dəməşqdən Suriya-İraq sərhəddində təhlükəsizlik kəməri yaratmasını istəmişdi. Ağ Ev bu yolla İraqa daxil olan, işğalçı qüvvələrlə mübarizə apararaq onlara ciddi zərbələr vuran mübarizlərin yolunu bağlamaq niyyətində idi."

Mənbə əlavə edib ki, rəsmi Vaşinqton 2007-ci ildən Fars körfəzi ölkələri və sionist İsrail rejimi ilə birlikdə Suriyaya hücum üçün plan hazırlayıb.

Avropalı diplomat həmçinin ərəb dövlətlərinin Suriya xalqı və hərbiçilərə qarşı casusluq əməliyyatları həyata keçirdiyini ictimaiyyətə xəbər verib.

Araşdırmaçılar Suriyada yaradılmış gərginliklərin hakimiyyətə yox, Suriya düşmənlərinə ciddi zərbə vurduğunu bildirir.
Comment