0
Tuesday 6 November 2012 - 08:13

Hakimiyyət Müsavatı qapalı şəraitdə yetişdirir!

Story Code : 209526
Hakimiyyət Müsavatı qapalı şəraitdə yetişdirir!
Gürcüstanda yenicə hakimiyyətə gələn İvanişvili rejiminin Müsavat Partiyasına qurultay keçirmək üçün göstərdiyi isti münasibət hakim Yeni Azərbaycan Partiyasının qəzəbinə səbəb olub. Belə ki, İsa Qəmbərin Gürcüstana sonuncu səfərindən sonra rəsmi Tiflisin qurultayla bağlı mövqeyi iqtidar nümayəndələri arasında birmənalı qarşılanmadı.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov Modern.az saytın açıqlamasında Gürcüstanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb. Deputat bildirib ki, Gürcüstan rəhbərliyinin qurultay keçirmək üçün Müsavat Partiyasına razılıq bildirməsi düzgün deyil:

“Gürcüstanla bizim çox isti əlaqələrimiz var. Bu, Azərbaycanın daxili işidir. Azərbaycandan olan hər hansı bir müxalifət partiyasının Gürcüstanda gedib qurultay keçirməsi onlara nə üçün maraqlıdır ki? Hesab edirəm ki, belə məsələlərə Gürcüstan rəhbərliyinin razılıq verməyi düz deyil. Ölkələrimiz arasında olan yaxşı münasibətlərə kölgə salmaq istəməzdik”, - deyə YAP-çı deputat münasibət bildirib.
Comment