0
Tuesday 6 November 2012 - 17:50

Gizli məlumat: İsrail qorxu səbəbindən 2010-cu ildə İrana qarşı hücum planını təxirə saldı

Story Code : 209711
Gizli məlumat: İsrail qorxu səbəbindən 2010-cu ildə İrana qarşı hücum planını təxirə saldı
Gizli məlumat: İsrail qorxu səbəbindən 2010-cu ildə İrana qarşı hücum planını təxirə saldı
Islam times.org/az/ - İsrailin Ynetnews xəbər agentliyinin bildirdiyinə görə tanınmış araşdırmacı jurnalist İlana Dayanın İsrail kanallarından birində nümayiş etdirdiyi sənədli filmdə etdiyi açıqlamada bildirib ki, 2010-cu ildə baş nazir Benyamin Netanyahu, Müdafiə naziri Ehud Barak və bir neçə nazirlərin iştirak etdiyi kiçik bir yığıncaqda baş nazir İsrail müdafiə nazirindən İran nüvə obyektlərinə qarşı güclü hücuma hazırlaşmasını bildirib.

On illərdən bəri İsrailin İran ilə bağlı qərar qəbul etmə prosesləri üzərində qurulan bir saatlıq sənədli film bazar ertəsi günü axşam İsrail televiziyasının 2-ci kanalında nümayiş etdirilib.

Filmdə həmçinin göstərilir ki, görüş zamanı Netanyahu İsrail Müdafiə Qüvvələrinin sabiq komandiri Qabi Aşkinaziyə əməliyyatın tezliklə başlayacağına işarə edən sistemlərin P-plus vəziyyətinə gətirilməsini tapşırıb.

Filmdə daha sonra Barakın bu cür dediyi göstərilir: “Nəhayət mənə xəbər verdilər ki, bizim İrana qarşı hücum etmək qabiliyyət və gücümüz mövcud deyil.”

İclasdan sonra öz fikirlərindən daşınan Aşkenazi və Mossadın sabiq rəhbəri Meyr Dagan Netanyahunun hücum əmrini tənqid etmiş və bu cür qərarın təsdiqi üçün tək bir qrup yox, bütün İsrail rəsmilərinin iştirakının lazımlığını bildirmişdilər.

Aşkenazi dəfələrlə élan edərək bildirmişdir ki, İrana qarşı hərbi hücum etmək İsrail üçün “strateji səhv” olardı.

Sənədli filmin müəllifi Dayan deyib ki, İsrail rəsmiləri mənə təziq göstərərək iclasın keçirildiyi tarixi filmdə xatırlatmamağı tələb ediblər.
Source : İslamtimes
Comment