0
Wednesday 7 November 2012 - 20:18

Ərdoğanın pulu qurtarıb

Story Code : 210014
Ərdoğanın pulu qurtarıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Aydınlıq" qəzetindəki məqalələrin şəxsiyyətinə hörmətsizlik xüsusiyyəti daşıdığı üçün köşə yazarı Sabahattin Onikabra, qəzetin İdarə Heyəti rəhbəri Mehmet Sabunçuya və qəzetə 30 min lirəlik (15 min AZN) mənəvi təzminat iddiası qaldırıb.

Baş nazirin vəkilləri Əli Özkaya və Burhanettin Sevencanın qaldırdığı iddiada bildirilir ki, Önkibarın 17 iyun, 18 iyul və 9 avqustda qələmə aldığı yazılarda, Ərdoğanın şəxsiyyət haqlarına hücum məqsədiylə, şərəf və qüruruna qarşı fövqəladə ağır təhqirlər yer alıb.

Köşə yazısından götürülmüş parçalara yer verilən ərizədə, sözügedən yazılarla baş nazir Ərdoğanın kin və nifrət duyğularına məruz qaldığı, etibardan salınmasına cəhdlər edildiyi bildirilir.

Yazarın ağır təhqir və nifrət dolu məqaləsinin tənqid məqsədiylə yazmasının qəbul edilməyəcəyi vurğulanır. /Faktxeber/
Comment