“IslamTimes” “Lenta.ru”-ya istinadən xəbər verir ki, oktyabrın əvvəllərində Rusiyanın İraqla 4,2 mlrd dollarlıq hərbi müqaviləsi ABŞ-da böyük nigarançılıq yaratmışdı. Böyük silah satışının detalları gizli saxlanılırdı.
10 noyabrda “FrancePress” xəbər yaydı ki, İraq tərəfi birtərəfli qaydada müqaviləni ləğv edib. İraqın müdafiə naziri Səudun əl-Dulaimi mətbuatda yayılmış bu xəbəri təkzib edib. Nazir bildirib ki, müqavilə bənd-bənd icra olunur və heç bir problem yoxdur. Bununla belə Moskva hərbi sənayesinin nüfuzlu şəxsi bu hərbi razılaşmadan dolayı ABŞ-ın Bağdada təzyiq göstərdiyini bildirib.