0
Tuesday 13 November 2012 - 16:12

Nəsrullah ABŞ-ı Suriyadakı münaqişəni qızışdırmaqda günahlandırıb

Story Code : 211541
Nəsrullah ABŞ-ı Suriyadakı münaqişəni qızışdırmaqda günahlandırıb
Nəsrullah ABŞ-ı Suriyadakı münaqişəni qızışdırmaqda günahlandırıb
Islam times.org/az/ - Seyyid Həsən Nəsrullah bu açıqlamanı bazar ertəsi günü Şəhidlər Günü münasibəti ilə Beyrutun cənubunda təşkil edilmiş mərasim zamanı çıxış edərək bildirmişdir.

Nəsrullah deyib: “Suriya müxalifəti Dohada görüşərək yeni qrup təşkil etmək üçün özlərini mehmanxanaya qapadılar və Klinton və Amerikanın istədiyi hər şeyi etdilər.”

O əlavə edərək ən təhlükəli məsələnin isə müxalifət qruplarının Dohada yığışaraq münaqişənin dialoq və siyasi həll yolu ilə həllini rədd etmələri olduğunu demiş və bildirmişdir ki, bu vasitə ilə onlar dağıtmaq yolunu seçdilər, bəs bundan kim bəhrələnəcək, əlbəttə ki, Klinton, ABŞ, İsrail və regionun bəzi dövlətləri.

Sonra isə üzünü İsrailə tutan Hizbullah baş katibi deyib ki, Livan müqavimət hərəkatı İsrailin Livana hücumunun qarşısını almağa tam qadirdir.

O həmçinin bu yaxınlarda İran istehsalı olan pilotsuz təyyarənin bütün maneələri keçərək İsrail ərazisinə daxil olmasını və Dimona nüvə sahəsinə həddən artıq yaxınlaşmasını xatırladaraq bunun müqavimət hərəkatının hərbi strategiyasının bir hissəsi olduğunu bildirib.

Nəsrullah əlavə edərək deyib: “6 Oktyabrda baş verən bu hadisə üzərinə İsrail heç bir cavab verə bilmədi, çünki artıq Livanda gerçəkliyin başqa cür olduğunu anlayıb.”

Nəsrullah öz çıxışı zamanı həmçinin beynəlxalq ictimaiyyəti və Ərəb Liqasını Bəhreyn hökumətinin dinc nümayişçilərə qarşı tətbiq etdiyi zorakılığa qarşı səssiz qaldıqları üçün tənqid edib.
Source : İslamtimes
Comment