0
Sunday 18 November 2012 - 17:37

"İsrail rejimi bu dəfə gözləmədiyi müqavimətlə qarşılaşdı"

Story Code : 212973
"İsrail rejimi bu dəfə gözləmədiyi müqavimətlə qarşılaşdı"
 Türkiyənin Mardin şəhərində "Yaxın Şərqdə Dəyişiklik və Çevriliş" başlıqlı beynəlxalq konfransa qatılan Nəvvaf əl-Takruri bildirib ki, İsrail rejiminin Qəzzaya hücumları israillilər üçün faciə olacaq. Onun sözlərinə görə, Misirin Qəzzaya dəstək olması İsrail rejimi üçün gözlənilməz olub.

"Fələstinin qanı onlar üçün lənət olacaq. İsrail rejimi Fələstinə hücum etməklə gözləmədiyi müqavimətlə qarşılaşdı. Gözləmədiyi silahlarla müsəlmanların cavab verdiyini gördü. İsrail rejimi artıq indiki Misirdə Məhəmməd Mursi hakimiyyətinin Hüsnü Mübarək dönəmindən fərqli olduğunu anladı. 2008-ci ildə Qəzzaya edilən hücumlarla bu dəfəki hücumları müqayisə etdikdə bunu aydın görmək olur. 2008-ci ildə hücum qərarı Misirdə qəbul edilmişdi. Bütün keçid nöqtələr zəbt edilmişdi. Lakin bu dəfə hücumların ilk günündə Mursi Misirin baş nazirini Qəzzaya göndərdi və öz dəstəyini göstərdi. Türkiyə də bu məsələdə şərəfli mövqe sərgiləyir. Türkiyə İsrail rejiminin hücumlarına qarşı olduğunu açıq şəkildə ifadə edib". /Deyerler/
Comment