0
Tuesday 20 November 2012 - 15:14

Suriya münaqişəsi İsrailin xeyrinədir

Story Code : 213641
Suriya münaqişəsi İsrailin xeyrinədir
Suriya münaqişəsi İsrailin xeyrinədir
www.Islam times.org/az/ - Bazar ertəsi günü Tehranda Press TV-nin baş ofisində keçirilən mətbuat konfransı zamanı çıxış edən Şener deyib ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti təmamilə səhvdir və Türk xalqının iradəsini əks etdirmir.

Suriya Milli Dialoq görüşündə iştirak etmək üçün Tehrana səfər edən Şener Tel Əvivin bu münaqişədə roluna toxunaraq deyib ki, İsrailin Dəməşqdə baş verən münaqişədə bir başa əli var, çünki Suriya Tel Əviv müqavimət göstərən ölkələrdən biridir.

O əlavə edərək deyib: “Suriya həmçinin Fələstin və Livan müqavimət hərəkatlarını dəstəkləyir.”

O Türk hökumətinin Suriya müxalifət və üsyançılarını dəstəkləmək siyasətini tənqid etmiş və bildirmişdir ki, Türklərin əksəriyyəti hökumətin bu siyasətinin əleyhinədir.

Şener deyib: “Türkiyənin müxtəlif bölgələrində aparılan sonuncu sorğu nəticəsində məlum olub ki, Türkiyənin 80% əhalisi hökumətin Suriya üsyançılarını silah-sursat ilə təmin etməsinə razı deyillər. ”

O əlavə edərək deyib: “Biz Səudiyyə Ərəbistan, Türkiyə, Qətər və bir sıra Qərb ölkələrinin üsyançılara silah-sursat da daxil olmaqla yardım etməsini və Suriya daxili işlərinə xarici müdaxiləni pisləyirik.”

Bu arada Türkiyənin sabiq mədəniyyət naziri Kamil Zeybek də həmçinin Suriya münaqişəsinin danışıqlar yolu ilə həll edilməsinin mühümlüyünü vurğulayıb.
Source : İslamtimes
Comment