0
Friday 23 November 2012 - 13:37

Şiə Müsəlmanlar təhdid məktubu alıblar

Məktubda təhdid olaraq “Öldürün, Öldürün Şiələri” sözləri yazılıb.
Story Code : 214574
Şiə Müsəlmanlar təhdid məktubu alıblar
Şiə Müsəlmanlar təhdid məktubu alıblar
Islam times.org/az/ - Bu təhdid kompaniyası Karaçinin cənub ərazisində üç bombalı hücum nəticəsində 40 Şiə Müəslmanın şəhid olduğu hadisədən bir gün sonra başlayıb.

Silahlı terroristlər Pakistanın müxtəlif ərazilərində İmam Hüseynin əzadarlıq məclislərini hədəf alaraq ölümcül hücumlar edirlər.

İnsan Hüquq müdafiəçiləri deyib ki, bu terror hücumu nəticəsində yüzlərlə Şiə Müsəlman dünyasını dəyişib.

Pakistanın əksər vətəndaşları ölkə boyu Şiələrə qarşı aparılan bu ölüm kompaniyasına qarşı çıxmış və öz dərin narahatçılıqlarını bildirmişdilər.

“Dawn” qəzeti Cəlal Heydərdən sitat gətirərək deyib: “Artıq pakistanda Şiələrə qarşı soyqırım həyata keçirilir və bu səbəbdən də ölüm təhdidləri haqqında məktubun elə də bir əhəmiyyəti yoxdur.”

Təxminən 50 min insan şənbə günü İslamabad küçələrinə axışaraq baş verən dini zorakılığa və ölkə boyu mövcud olan təhlükəyə görə öz etirazlarını bildirməyi planlaşdırırlar.

Pakistanın Taliban yönümlü döyüşçüləri bir neçə ilə ərzində Şiə Müsəlmanlara qarşı zorakı kompaniya başladıblar. Yerli mənbələrin bildirdiyinə görə Talib və əl Qaidə terro qruplarının üzvləri olan döyüşçülər kompaniya başlayandan bəri ölkədə minlərlər Şiəni qətlə yetiriblər.

Ölkənin Şiə liderləri hökumətə səslənərək baş verən zorakılıq hallarının qarşısını almağı tələb ediblər. Human Rights Watch sentyabr ayında bəyanat yayaraq pakistan hökumətindən ölkədəki Şiə Müsəlmanları müdafiə etmək üçün təcili tədbirlər görməsini tələb etmişdir.
Source : İslamtimes
Comment