0
1
comments
Sunday 25 November 2012 - 17:43

Cəlilabadda əzadarlıq mərasimləri

Story Code : 215098
Cəlilabadda əzadarlıq mərasimləri
Əhli-beyt (ə) vətəni Azərbaycanın bölgələrində də Məhərrəm-Səfər əyyamı tədbirləri davam edir. Cənub bölgəsinin Cəlilabad rayonunda Aşura mərasimləri keçirilib.

Rayondan Aşura mərasimləri öz axarı ilə keçirilir. Yalnız bu il yerli polis mərasimləri müşahidə altında saxlayıb. Bildirilir ki, builki Aşura mərasimi keçirilərkən Cəlilabad RPİ-nin rəisinə məxsus xidməti avtomobil əzadarlıq zamanı bir müddət mərkəzi məscidinin düz qapısı ağzında saxlanılıb. Yerli sakinlər bunu əzadar cəlilabadlılara psixoloji təsir kimi qiymətləndirib.
Məsələ ilə bağlı Deyerler.org-a açıqlama verən Cəlilabad rayon sakini Zaur Ələkbərov deyilənləri təsdiqləyərək durumu belə ifadə edib: "Hər bir şey öz qaydasında gedir. Yalnız rəisin maşının məscidin qapısı ağzında saxlanmasını vətəndaşlar çox pis qarşılayıb. Mərasimlər isə sakit, təmkinlə davam edir. İnsanlarımız toplanır, əzadarlıq edir, sonra da hərə öz evinə gedir".
Comment


Austria
Esse e9 um dos piores picaaetrs, pois utiliza uma seita para iludir fie9is com o fim de obter fortunas.Conhee7o uma senhora, pensionista de salario minimo, em minha cidade, que doou a geladeira para a seita com a iluse3o que iria multiplicar seus bens. Hoje ela continua bebendo e1gua de um pote de cere2mica e na mesma situae7e3o de mise9ria, pois ainda tem que doar parte de sua pense3o mensalmente para a seita de Edir Macedo.