0
Monday 26 November 2012 - 10:24

"Ərdoğan öz ölkəsindəki problemləri həll etməyə çalışsın"

Story Code : 215227
"Ərdoğan öz ölkəsindəki problemləri həll etməyə çalışsın"
"IslamTimes" xəbər verir ki, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Nuri əl-Malikinin İraqda vətəndaş nüharibəsi yaratmaq istədiyini iddia etmişdi.

İraqın baş naziri Nuri əl-Maliki Ərdoğanın bu iddialarına cavab olaraq deyib: "Bizim Ərdoğana tövsiyəmiz budur ki, öz ölkəsindəki azlıqlarla bağlı problemləri həll etməyə çalışsın və Türkiyəni məntəqə ölkələrinin daxili problemlərinə qarışdırmağa son qoysun. Çünki Ərdoğanın hazırkı siyasətlərinin Türkiyə xalqı və dövləti üçün probelmlər yaratmaqdan başqa bir nəticəsi olmayacaq."

Maliki əlavə edib: "Türkiyə xalqı onları daxili və xarici problemlərdən qoruyacaq siyasi dəyişikliklər intizarındadır. Bu ölkənin İraqla qarışıqlı ehtiram, bir-birinin daxili işlərinə qarışmamaqla münasibətlər qurmaq imkanı var."
Comment