0
Tuesday 27 November 2012 - 14:14

“Muhteşem Yüzyıl”dan Ərdoğana sərt cavab

Story Code : 215609
“Muhteşem Yüzyıl”dan Ərdoğana sərt cavab
Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın “Muhteşem Yüzyıl” serialı ilə bağlı iradlarına serialdan sərt cavab gəlib. Baş nazirin sözlərinə sərt reaksiya verən Validə Sultan obrazının müəllifi Ərdoğana yol da göstərib.

Türkiyə KİV-i xəbər verir ki, ötən mövsüm “Möhtəşəm yüz il” serialında Validə Sultan obrazını canlandıran aktrisa Nəbahat Çəhrə baş nazir Rəcəb Təyyib Ərdoğanın serial haqqında ağır iradlarına cavab verib. “Muhteşem Yüzyıl”ın xalq tərəfindən böyük maraqla izləndiyini bildirən Çəhrə hurrriyet.com.tr-ə belə bir açıqlama verib: “Bu, nəticədə tarixi hadisələrdən qaynaqlanaraq senariləşdirilən bir serialdır. Zatən əvvəlindən bunun bir təxəyyül məhsulu olduğu bildirilir. Məncə burada məqsəd gündəmi dəyişdirməkdir. Ölkədə bu qədər problem olduğu halda bunun niyə gündəmə gətirildiyini anlamıram”. “Onda həqiqəti çəksinlər”-deyən akrtisa baş nazirə məsləhət verməkdən də çəkinməyib.

Nəbahat Çəhrə deyib: “Osmanlı dövrünü hər tarixçi özünə görə fərqli formada ortaya çıxarır. Lakin inkar edilməyən bir hərəm həqiqəti var. Əgər bu anladılanların həqiqəti əks etdirdiyini inanmırsa, əllərində çox böyük imkanlar var. Bildikləri kimi serial çəksinlər, biz də izləyək”. /ANN/

Qafqazinfo
Comment