0
Friday 7 December 2012 - 20:38

Türkiyədən növbəti təhlükəli oyun

Story Code : 218932
Türkiyədən növbəti təhlükəli oyun
"IslamTimes" xəbər verir ki, Livanın "Əd-Diyar" qəzeti Amerika mənbələrinə istinadən yazıb ki, Türkiyə Qatar və ABŞ kəşfiyyat orqanlarının köməyi ilə Suriyada bəzi məntəqələrə kimyəvi maddələr töküb. Onlar bu yolla Əsəd hökumətinin xalqa qarşı kimyəvi silahdan istifadə etdiyini sübuta yetirmək niyyətindədirlər. Uyğun iddia sübuta yetirilərsə Suriyaya hərbi müdaxilə planını gerçəkləşdirmək asanlaşacaq.

Bu məlumat Suriya kəşfiyyat orqanlarına da çatdırılmışdır. Hətta Suriya prezidenti Bəşar Əsəd Rusiya prezidenti Vladimer Putinə söz verib ki, Suriyada rejim əleyhinə vuruşanlara qarşı kimyəvi silahdan istifadə edilməyəcək. Uyğun məsələnin heç vəchlə mümkün olmadığı bildirilib. Rusiyaya silahlara nəzarət üçün bir qrup təyin edilməsi də təklif edilib.

Suriya rəsmiləri təkidlə bildiriblər ki, kimyəvi silahdan istifadə oyunu Suriyaya qarşı hazırlanmış bir plandır. Necə ki, ABŞ bu iddia ilə İraqa ordu yeritdi və illər sonra heç bir kimyəvi silahın aşkarlanmadığını bildirdi.
Comment