0
Tuesday 11 December 2012 - 23:07

Suriyalı üsyançılar müdafiəsiz sivil vətəndaşları qəddarlıqla qətlə yetirirlər

Story Code : 220412
Suriyalı üsyançılar müdafiəsiz sivil vətəndaşları qəddarlıqla qətlə yetirirlər
Suriyalı üsyançılar müdafiəsiz sivil vətəndaşları qəddarlıqla qətlə yetirirlər
Islam times.org/az/ - Suriya veb səhifəsi olan əl Həqiqə-nın yaydığı video Suirya münaqişəsi başlayandan etibarən baş verən ən dəhşətli qətl hadislərindən biridir.

Faciəvi hadisənin Qərbi Homs əyalətində yerləşən Talbisiya və Rastan kəndlərinin arasında yerləşən ərazidə baş verdiyi bildirilir.

Videoda Azad Suriya Ordusu adlanan üsyançıların Xalid bin Vəlid bataliyonunun silahlı üzvləri və ələ keçirilmiş dinc sakinlərin başlarının kəsilməsində uşaqlardan isitfadə edilməsi göstərilir.

Videoda terroristlərin insanların başlarına daşlarla vurduqları, sonra isə xəncər ilə onların başlarının kəsilməsi göstərilir.

Video Qasim Sədəddin tərəfindən idarə edilən Xalid bin Vəlidin facebook səhifəsində yayılıb.

Bütün bunlar göstərir ki, Türkiyə, Səudiyyə Ərəbistan, Qətər və onların Qərb müttəfiqi ABŞ-ın vasitəsilə Suriyada yeni əl Qaidə terror qrupu formalaşıb.

Adı çəkilən ölkələr Səudiyyə Ərəbistan, Tunis, Liviya, Avropa və hətta Əfqanıstan və bəzi Mərkəzi Asiya ölkələrindən sələfiləri cəlb edərək və onlara Liviya və Türkiyədə təlim keçərək Bəşər Əsəd hökumətinə qarşı döyüşmək üçün Suriyaya göndərirlər.

Keçən bir neçə gün ərzində terroristlər Bəşər Əsədi dəstəkləyən insanları daha da qorxutmaq üçün qəddar və amansız tədbirlərə əl atıblar.
Source : İslamtimes
Comment