0
Saturday 15 December 2012 - 01:01

Rusiya XİN: “Rusiyanın Suriya münaqişəsinin həllində mövqeyi dəyişməyib”

Story Code : 221334
Rusiya XİN: “Rusiyanın Suriya münaqişəsinin həllində mövqeyi dəyişməyib”
Rusiyanın Suriya münaqişəsinin həlli məsələsində mövqeyi dəyişməyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə deyib.

“ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsinin “Nəhayət ki, Moskva yuxudan ayılıb və mövqeyini dəyişir” bəyanatını görmüşəm. Demək istəyirəm ki, biz heç vaxt yatmırıq, öz mövqeyimizi dəyişmirik və dəyişməyəcəyik”.

A. Likaşeviç bugünki brifinqdə söyləyib: “Rusiya Suriya münaqişəsinin diplomatik yolla həll edilməsinin tərəfdarıdır. Bu konfliktin başqa həlli yolu yoxdur. Mövcud hakimiyyətlə müxalifətin dialoqunun təşkil edilməsinin tərəfdarıyıq”.
Comment