0
Friday 21 December 2012 - 01:02

İsrailə qarşı beynəlxalq təziqlər artmağa davam edir

Story Code : 223322
İsrailə qarşı beynəlxalq təziqlər artmağa davam edir
İsrailə qarşı beynəlxalq təziqlər artmağa davam edir
Islam times.org/az/ - Avropanın BMT Təhlükəsizlik Şurasındakı iki nümayəndəsi Fransa və Britaniya çərşənbə günü Almaniya və Portuqaliya ilə birlikdə bəyanat yayaraq deyiblər: “İsrailin yeni məskunlaşma ərazilərinin salınması haqqında planı mənfi nəticələr verir və onun danışıqlara olan iradəsini şübhə altına alır.”

Britaniyanın BMT-dəki nümayəndəsi Mark Lyall Grant tərəfindən oxunulan bəyanatda deyilir: “Məskunlaşma ərazilərinin sistemli şəkildə genişləndirilməsi Qərb tərəfindən dəstəklənən və İsrailin uzun müddətli təhlükəsizliyinin əsas açarı olan iki dövlət arasındakı danışıqlara təhdid altına alır.”

Bəyanatda daha sonra deyilir: “Beynəlxalq qanunlar çərçivəsində bu məskunlşma qanunsuzdur... Biz İsrail hökumətini bu planı ləğv etməyə çağırırıq.”

BMT Təhlükəsizlik Şurasının digər iki üzvü Rusiya və Çin də İsrail rejiminin bu addımını tənqid ediblər.

Təhlükəsizlik Şurasının İsraili tənqid edən bir çox qətnaməsinə səs verən ABŞ bu səfər ənənəvi müttəfiqinə qarşı olan ictimai etiraza qoşulmadı.

Təhlükəsizlik Şurasının müşahidəçi üzvləri olan Azərbaycan, Kolumbiya, Hindistan, Qvatemala, Mərakeş, Pakistan, Cənubi Afrika və Toqoda öz etiraz bəyanatlarını oxuyublar.
Source : Islamtimes
Comment