0
Monday 24 December 2012 - 06:29

“İranla AEBA arasında görüşdə mühüm irəliləyiş əldə olunub”

Story Code : 224326
“İranla AEBA arasında görüşdə mühüm irəliləyiş əldə olunub”
“İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında dekabrın 13-də Tehranda keçirilən görüş məmnunedicidir və tərəflər arasında müzakirələr davam etdirilməlidir”.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu agentliyin icraçı direktoru Yukiya Amano bildirib. Onun sözlərinə görə, dekabrın 13-də keçirilən görüşdə mühüm irəliləyiş əldə olunub: “AEBA İranla keçirdiyi görüşlərdə bir nəticəyə nail olmağı hədəfləyir. Ona görə də bu məsələdə növbəti müzakirələrdə mühüm addımlar atılacağına inanıram. Agentlik problemin diplomatik və müzakirələr yolu ilə həll edilməsinin tərəfdarıdır. İranın nüvə proqramı ətrafında yaranmış gərginlik tezliklə öz həllini tapmalıdır”.

Qeyd edək ki, İranla AEBA arasında növbəti müzakirələr 2013-cü il yanvarın 16-da keçiriləcək.
Comment