0
Monday 24 December 2012 - 11:19

Guardian: Ameriakalıların uşaqları insandır, Müəslmanlarınkı yox!?

Story Code : 224371
Guardian: Ameriakalıların uşaqları insandır, Müəslmanlarınkı yox!?
Guardian: Ameriakalıların uşaqları insandır, Müəslmanlarınkı yox!?
Islam times.org/az/ - Guardian qəzeti tərəfindən dərc edilən məqalədə Amerika cəmiyyətinin Müsəlman dünyasında ABŞ-ın atdığı raketlər nəticəsində 178 uşağın qətlə yetirilməsinə biganə qaldıqları halda Nyutaundakı faciəyə görə dərin hüzn içində olduğu bildirilib.

14 Dekabrda 20 yaşlı Adam Lanza adlı şəxsin məktəbə girərək 20 uşağı və altı qadını öldürməsindən sonra şok halındadırlar.

Məqalədə deyilir: “Niyə ABŞ mediası Nyutaun hücumunun bütün detallarını dərinliyinə kimi göstərir, ancaq öz hökuməti tərəfindən qətlə yetirilən uşaqlara qarşı biganə qalır?”

Bu fərqli münasibət keçən on illikdə Müsəlmanlara qarşı aparılan təbliğatın necə nəticə verdiyini göstərir.

Bu cür təbliğatlar sadəcə ABŞ qəddarlığının qurbanı olan Məsəlman şəxsiyyətini gizlətmək deyil, əslində reallıq bundan da psidir. Bu təbliğatlarla insanlara çatdırmaq istəyirlər ki, ABŞ tərəfindən qətlə yetirilən və ya zorakılığa məruz qalan hər bir şəxs, məxsusən də Müsəlmanlar buna layiqdirlər.

Vaşinqton iddia edərək bildirir ki, onun hədəfi döyüşçülərdir, ancaq bu hücumların əsas qurbanları sivil vətəndaşlardır.

BMT ABŞ-ın sivil vətəndaşları qətlə yetirməsini beynəlxalq qanunlara hörmətsiz yanaşmaq kimi qiymətləndirib.
Source : İslamtimes
Comment