0
Thursday 27 December 2012 - 09:12

ABŞ bazasında növbəti partlayış

Story Code : 225377
ABŞ bazasında növbəti partlayış
Əfqanıstanda ABŞ hərbi bazasında törədilmiş partlayış nəticəsində üç nəfər həlak olub. Host şəhərində NATO bazası yerləşən binanın yaxınlığında minalanmış furqon partladılıb. APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, furqonu terrorçu-kamikadze partladıb.

Nəticədə terrorçu daxil olmaqla üç nəfər həlak olub. ABŞ Silahlı Qüvvələrinin nümayəndələri bildirirlər ki, ölənlərin hamısı Əfqanıstan vətəndaşıdır.

Hadisəyə görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb

Əfqanıstanda həlak olmuş ABŞ hərbçilərin ümumi sayı 2 min nəfəri keçib.
Source : APA
Comment