0
Friday 28 December 2012 - 11:19

İran yeni raket sınaqdan keçirib

Story Code : 225742
İran yeni raket sınaqdan keçirib
Ölkənin cənub sahilində Asaluyə və Cənubi Pars bölgəsində keçirilən “Fəcr 91” adlanan dördgünlük təlim çərçivəsində yeni “Saiqə” raketi və müşahidə etmə batareyasının sınağı uğurlu alınıb.

Xəbərdə bildirilir ki, raketin vacib xüsusiyyətlərindən biri uzaqdan idarə olunması və 24 saat ərzində istifadə edilə bilməsidir. “Saiqə” hərəkətləri və hədəfləri avtomatik və mexaniki olaraq izləmə və atəş açmaq xüsusiyyətinə malikdir. Raket hədəfə kilidlənərək hədəfin sürətinə görə silahın sürətini idarə edə bilir.

Məlumatda həmçinin vurğulanır ki, manevr zamanı uğurla sınaqdan keçirilmiş müşahidə etmə batareyası yalnız bir sıra ölkələr tərəfindən istifadə edilir. Çünki onun istehsalı üçün müasir texnologiya lazımdır. /Deyerler/
Comment