0
Wednesday 2 January 2013 - 12:40

Əl Qaidə Yaxın Şərqdə İsrailin Troya atı rolunu oynayır

Story Code : 227355
Əl Qaidə Yaxın Şərqdə İsrailin Troya atı rolunu oynayır
Əl Qaidə Yaxın Şərqdə İsrailin Troya atı rolunu oynayır
Islam times.org/az/ - İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Muhəmməd Həsən Əşrəfi deyib: “Sionist rejimi Yaxın Şərq regionunda aktiv fəaliyyət göstərən terroristlərin təlim məşq bazasına çevrilib və regionda baş verən terror hücumlarında Sionizmin əl izlərini asanlıqla müşahidə etmək olur.”

Əl Qaidənin Suriyada mövcudluğuna toxunan millət vəkili deyib ki, qrupun Ərəb ölkəsində törətdiyi terror hadisələri açıq-aşkar şəkildə bu qrupların ABŞ hökuməti ilə sıx əlaqələrinin olduğunu göstərir.

Əşrəfi qeyd edərək bildirib ki, Səudiyyə Ərəbistan, Liviya, İordaniya və bir çox digər ölkələrdən olan Əl Qaidə terror qrupunun üzvləri yaxın müddət ərzində Suriya hökumətinə qarşı döyüşmək üçün Suriyaya daxil olmuş və bu döyüşçülər İsrail rejimi tərəfindən kəşfiyyat məlumatları ilə təmin edilirlər.

2011-ci ilin əvvəllərindən bəri Suriya münaqişə içərisindədir və bu münaqişə nəticəsində xeyli insan həlak olub.

Dəməşq Qərb ölkələrini və onların regional müttəfiqlərini ölkədə münaqişə yaratmaqda və silahlı üsyançılara dəstək verərərk bu münaqişəni qızışdırmaqda ittiham edir.

BMT-nin bu yaxınlarda verdiyi məlumatda bildirilir ki, əksəriyyətini ekstremist sələfilər təşkil edən döyüşçülər 29 ölkədən Suriyaya gələrək Dəməşq hökumətinə qarşı döyüşlər aparırılar.
Source : İslamtimes
Comment