0
Thursday 3 January 2013 - 12:29

Ehud Olmert: “İsrail siyasətçilərinin "10 sent" belə dəyəri yoxdur”

Story Code : 227672
Ehud Olmert: “İsrail siyasətçilərinin "10 sent" belə dəyəri yoxdur”
"IslamTimes" "Israel Times"-a istinadən xəbər verir ki, Ehud Olmert İsrail siyasətçilərini kəskin şəkildə tənqid edərək onların "10 sent" belə dəyəri olmadığını bildirib. Olmert müsahibə zamanı heç bir siyasi qrupu tənqid atəşindən kənarda saxlamayıb. O bütün partiya başçılarını ən ağır şəkildə tənqid edib.

Korrupsiya ittihamı ilə mühakimə edilən və uyğun səbəbdən builki parlament seçkilərində iştirak edə bilməyəcək Ehud Olmert işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunu mühüm qərarlar çıxarmaq gücündə olmamaqda ittiham edib.

Olmert "Fəhlə" partiyasının rəhbəri Şelli Yaçumoviç və müxalifət lideri Tzipi Livnini səthi düşünməkdə və qeyri-professionallıqda ittiham edib. O bildirib ki, bu iki namizəd heç biri verdiyi vədlərə sadiq olmayacaq.

Ehud Olmert xalqı böyük bir kabusla üzləşməmək üçün öz qərarlarında dəyişiklik etməyə çağırıb. O həmçinin bildirib ki, Netanyahunun İsrail iqtisadiyyatını xilas etmək üçün heç bir planı yoxdur.

Sabiq baş nazir hazırkı kabinetin yenidən seçiləcəyi təqdirdə İsrailin həm diplomatik həm də ictimai yöndən ciddi zərbə alacağını bildirilir.

Comment


Related files