0
Friday 4 January 2013 - 11:48

ABŞ Talibanın Pakistan hökuməti ilə atəşkəs üzrə vasitəçisini öldürdü

Story Code : 227917
ABŞ Talibanın Pakistan hökuməti ilə atəşkəs üzrə vasitəçisini öldürdü
Hücumların əsas hədəfi Taliban təşkilatının liderlərindən olan Molla Nazir olub. Hücumlar zamanı onunla bərabər daha 12 dinc sakin öldürülüb.

ABŞ pilotsuz təyyarələrinin hədəfində olan Taliban lideri son günlərdə Pakistan hökuməti ilə aparılan atəşkəs danışıqlarının əsas vasitəçisi kimi gündəmə gəlmişdi.

ABŞ-a məxsus pilotsuz təyyarələr əsasən Molla Nazirin Şimali Vaziristanda yerləşən evinə iki zərbə endirib. Onun evinin yaxınlığında digər mülki şəxslərin evlərinə də zərər dəyib. 12 dinc sakinin hücumlar zamanı həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, öldürülən Taliban liderinin hökumət ilə apardığı danışıqlar zamanı artıq Taliban üzvlərinin müəyyən şərtlər daxilində silahl yerə qoyması müzakirə olunurdu. Onun öldürülməsindən sonra isə gərginliyin yenidən artacağı gözlənilir. /Deyerler/
Comment