0
Monday 28 January 2013 - 07:49
Türkiyə mediası:

Türkiyə anti-İraq Bəəs döyüşçülərinə təlim keçir

Story Code : 235338
Gülbaşı təlim mərkəzi
Gülbaşı təlim mərkəzi
Islam times.org/az/ - Türkiyənin Aydınlıq Qəzeti kəşfiyyat idarəsindəki mənbəyə istinad edərək deyib ki, iraqlı döyüşçülərə Ankara əyalətinin Gülbaşı polsi təlim mərkəzində xüsusi təlim məşqləri keçirlər.

Daha sonra məlumatda bildirilir ki, İraqın qaçaq olan keçmiş baş naziri Tariq əl Haşimiyə bağlı olan döyüşçülər 2012-ci ilin payızında Türkiyəyə gəlmiş və onları hərbi təlimlər keçmək üçün Gülbaşı təlim mərkəzinə göndərmişdilər.

Sabiq İraq diktatoru Səddam Huseynin müavini olan İzzət İbrahim əl Douri də Maliki hakimiyyətini devrimək üçün Ankara ilə əməkdaşlıq edir.

Məlumatda həmçinin iddia edilərək bildirilib ki, Douri Maliki hökumətini devirdikdən sonra şimali İraqın Mosul əyalətinin idarəçiliyini Ankaranın ixtiyarına verəcək.

Bu ayın əvvəllərində Səudiyyə Ərəbistanına məxsus Əl Ərəbiyyə televiziyası Dourinin etirazçıları Maliki hökuməti devrilməyənə qədər əl çəkməməyə çağırdığını göstərmişdir.

İraq maliyyə nazirinin cangüdəni terror ittihamı ilə həbs edildikdən sonra 2012-ci il 23 dekabrdan etibarən insanlar İraqda hökumət əleyhinə nümayişlər başladılar.

İraq hökuməti də həmçinin Türkiyəni İraqın daxili işlərinə qarışmaqda tənqid edib.

2012-ci ilin dekabr ayında Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İraq hökumətini məzhəbi ayrıseçkilikdə ittiham etmiş və İraqı da Suriyanı taleyi ilə xəbərdarlıq etmişdir.
Source : Islamtimes
Comment