0
Tuesday 29 January 2013 - 12:03

İranın ali dini lideri 1298 məhbusu əfv edib

Story Code : 235650
İranın ali dini lideri 1298 məhbusu əfv edib
APA-nın İRİB-ə istinadən məlumata görə, İranın ədliyyə naziri, ayətullah Sadiq Laricani Amoli İslam peyğəmbəri həzrət Məhəmmədin (s) miladı və 1979-cu il İran İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə ölkənin ali dini liderinə yazılı formada müraciət edib.

Nazir məktubunda 1298 məhbusun azadlığa buraxılması və ya cəza müddətinin azaldılması ilə bağlı nəzərdə tutan əfv təklifini ayətullah Xamneyiyə təqdim edib. İranın ali dini lideri də bu təkliflə razılaşıb.
Comment