0
Friday 1 February 2013 - 14:37

Salehi Con Kerri haqda fikirlərini açıqladı

Story Code : 236444
Salehi Con Kerri haqda fikirlərini açıqladı
İran xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərin suallarını cavablandırıb. "FarsNews" xəbər agentliyinin müxbiri Con Kerrinin ABŞ prezidenti Barak Obama tərəfindən ABŞ dövlətinin xarici işlər naziri seçilməsinə işarə ilə deyib: "Con Kerri İran da daxil olmaqla bir çox məsələlərin dinc yolla həll edilməsi tərəfdarı olduğunu açıqlayıb. Onun xarici işlər naziri seçilməsinə Senatdan da dəstək gəldiyini nəzərə almalıyıq. Siz bu haqda nə düşünürsünüz?"

Salehi deyib: "Con Kerri ABŞ xarici siyasətində tanınmış simalardandır. Onun məntəqədəki proseslərlə də tanış olduğu bildirilir...

Ümidvaran ki, Con Kerri öz fərdi xüsusiyyətləri hesabına da olsa ABŞ dövlətinin anti-İran mövqeyinin heç olmasa bir hissəsində dəyişiklik edəcək. O ABŞ-ın zalımanə, yanlış və böyük pullar hesabına həyata keçirilən siyasətlərində islahatlar aparmaqla həm ABŞ xalqının, həm də məntəqə xalqlarının köməkçisi ola bilər."
Comment