0
Sunday 3 February 2013 - 13:38
Siyasi analitik:

İsrail Əsəd hökumətini devirmək istəyir

Story Code : 236854
Siyasi analitik: İsrail Əsəd hökumətini devirmək istəyir
Siyasi analitik: İsrail Əsəd hökumətini devirmək istəyir
Islam times.org/az/ - Nyu Yorkdan olan jurnalist və bloqer Michael Santomauro Press TV-yə müsahibəsində deyib: “Mən fikirləşirəm ki, israillilər Əsədi devirmək istəyirlər, çünki Əsəd rejiminin hakimiyyətdə olması İsrailə xeyir etmir.”

ABŞ-ın İsrail təcavüzünü dəstəkləməsinə toxunan analitik deyib ki, İsrail lobbisi Vaşinqtonda o qədər güc sahibi olub ki, Tel Əvivin təcavüz və zorakılığını dəstəkləmək artıq Vaşinqtonun daxili məsələsi olub və bunun ABŞ-ın xarici siyasəti ilə heç bir əlaqəsi yoxdur.

O əlavə edərək deyib: “Demokrat partiyasının 60% büdcəsi Obamanın Yəhudi lobbisindən aldığı yardım hesabına formalaşır və bu da ABŞ-ın bu məsələlərə bu cür mövqedən yanaşmasına səbəb olur. Bu hələ 1960-cı illərdən etibarən bu cür davam edir.”

Santomauro Vaşinqtona səslənərək beynəlxalq qanunlara zidd olan İsrailin Suriyaya təcavüzünü pisləməyə çağırıb.

Çərşənbə günü Suriya ordu rəsmisi bildirib ki, İsrailin paytaxt Dəməşq yaxınlığında yeləşən elmi tədqiqat mərkəzinə etdiyi hücum nəticəsində iki nəfər həlak olmuş, beş nəfər isə yaralanmışdır.
Source : İslamtimes
Comment