Pakistanda kütləvi etirazlar başlayıb. Etirazlara səbəb ölkədə şiələrin sıx məskunlaşdığı Kveta şəhərində 80 nəfərin ölümü, onlarla adamın da yaralanması ilə nəticələnən terror aktı olub. Məhz bu qanlı hadisədən sonra Bəlucistan əyalətinin sakinləri küçələrə çıxaraq, etirazlara başlayıblar.