0
Monday 18 February 2013 - 12:57

Pakistan şiə partiyaları hökumətə 48 saat möhlət veriblər

Story Code : 240613
Pakistan şiə partiyaları hökumətə 48 saat möhlət veriblər
Pakistan şiə partiyaları hökumətə 48 saat möhlət veriblər
Islam times.org/az/ - Partiya lideri Əzizullah Hazara digər partiya üzüvləri ilə bir yerdə xəbərdarlıq edərək bildiriblər ki, əgər Quettada baş verən qırğını törədənlər tapılmasa bu zaman onlar Baluçistanın Ali Məhkəməsi qarşısında kütləvi nümayişlər təşkil edəcəklər.

O daha sonra deyib ki, hökumət şiə ictimaiyyətinə qarşı qırğınlar törədən şəxsləri dərhal aşkar edərək məsuliyyətə cəlb etməlidir.

Pakistanın cənubi qərbində şənbə günü şiələrə qarşı həyata keçirilən terror aktı zamanı qadın və uşaq da daxil olmaqla 84 nəfər həlak olmuş və 200-dən çox insan isə yaralanmışdır.

Yerli media nümayəndələrinin bildirdiyinə görə Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşən Ləşkəri Cəngvi terror qrupunun sözçüsü məsuliyyəti öz üzərlərinə götürüblər.

10 yanvar tarixində şiələrin sıx yaşadığı Quetta şəhərində eyni tipli partlayış nəticəsində ən azı 93 şiə həlak olmuş və 121 nəfər isə yaralanmışdır.

Pakistan baş naziri Raja Pərviz Əşrəf keçən ayın axırlarında etirazçı Şiə müsəlmanlar ilə görüşdən sonra Baluçistan əyalətinin hökumətini dəyişmişdir.
Source : Islamtimes
Comment