0
Tuesday 19 February 2013 - 00:44

Mark Glenn: ABŞ və İsrail regionda İranın siyasi gücündən qorxurlar

Story Code : 240762
Mark Glenn: ABŞ və İsrail regionda İranın siyasi gücündən qorxurlar
Mark Glenn: ABŞ və İsrail regionda İranın siyasi gücündən qorxurlar
Islam times.org/az/ - Aypara və Qarşılıqlı Həmrəylik hərəkatının üzvü Mark Glenn bazar günü Press TV-yə verdiyi müsahibə zamanı deyib: “Əslində Qərbin, məxsusən də İsrailin İran haqqında qorxduğu şey kütləvi qırğın silahı olan atom silahı deyil. ”

O əlavə edərək deyib: “Əsas məsələ İranın Yaxın Şərqdəki mövqeyidir və onun digər dövlətlər üçün dini və siyasi nümunə olmasıdır.”

Glen deyib ki, İran Yaxın Şərq ölkələri içində yeganə dövlətdir ki, 1979-cu ildə “həqiqi inqilab” vasitəsilə ABŞ-ın dəstəklədiyi rejimi devirdi və Qərbdən asılı olmayan bir dövlət yaratdı.

Analitik deyib ki, Vaşinqton və Tel Əviv İranın regionda digər dövlətlər üçün nümunə roluna çevrilməsindən qorxurlar və belə olan halda ABŞ, Qərb və İsrail regionda öz güclərini itirəcəklər.

O əlavə edərək deyib: “Amerika, Qərb və İsrailin əsas qorxduğu şey İranın nüvə silahı istehsal etməsi deyil, bu İranın regiona stabillik gətirmək qorxusudur.”

ABŞ, İsrail və onların bəzi müttəfiqləri İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər.

İran isə bu iddiaları rədd edərək bildirib ki, Nüvə Yayılmama Razılığnı imzalayan və Beynəlxalq Atom Enerji Agentliyinin üzvü olan bir dövlət kimi nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.
Source : Islamtimes
Comment