0
Wednesday 27 February 2013 - 16:13

Lavrov Suriya müxalifətinə çağırış etdi

Story Code : 242917
Lavrov Suriya müxalifətinə çağırış etdi
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Berlində keçirilmiş görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Qərb ölkələrinin və bəzi bölgə ölkələrinin təmsilçiləri ilə görüşəcək, Suriya müxalifətinin dialoq təklifini qəbul etməsi üçün onlarla müzakirələr aparacaq, - “RİA Novosti”.
 
“Suriyada hər iki tərəfin müzakirələrdə iştirak edəcək heyəti var və onlar indiyə qədər danışıqlara istənilən vaxt hazır olduqlarını bildirib. Biz bir daha Suriya müxalifətinə danışıqlara başlamaları üçün müraciət edirik. Suriyalılar arasında danışıqların başlaması mövzusunda Berlində keçirilmiş görüşdə də eyni mövqeydən çıxış etdik. Bu istiqamədə əlimizdən gələni etmək istiqamətində də həmfikirik”, - deyə Lavrov bildirib.
 
“Əlbəttə, hər şey bizə bağlı deyil. Lakin, hökumət ilə müxalifət arasında ən yaxın zamanda dialoqun başlaması üçün üzərimizə düşəni edəcəyik”, - deyə Lavrov əlavə edib.   /Deyerler/
 
Comment