0
Monday 11 March 2013 - 23:01

Pakistan dini lideri müsəlmanları İmam Xomeyninin təlimlərinə sadiq qalmağa səsləyib

Story Code : 246094
Pakistan dini lideri müsəlmanları İmam Xomeyninin təlimlərinə sadiq qalmağa səsləyib
Pakistan dini lideri müsəlmanları İmam Xomeyninin təlimlərinə sadiq qalmağa səsləyib
Islam times.org/az/ - Pakistanın vitse prezidenti Ağa Murtaza Poya deyib ki, İmam Xomeyni hələ o vaxt imperialist qüvvəllərin məhv olmasından xəbər vermişdir.

O deyib ki, əsrlərdir ki, dünya imperialist qüvvəllərin hegamonluğuna şahidlik edir və bu müsəlmanlara da çox təsir edib.

O əlavə edərək deyib ki, İran İslam İnqilabı dünya məzlum xalqları üçün bir ümid yerinə çevrilib. O deyib: “İslam İnqilabı sübut etdi ki, imperialist qüvvəllərin zorakılıq siyasəti uğursuz olub və onlar məhvə doğru gedirlər.”

Ağa Murtaza Poya davam edərək bildirib ki, imperialist qüvvəllərin əsas hədəfi Sionist rejimini müdafiə etməkdir.

O qeyd edərək bildirib ki, imperialist qüvvəllər müsəlmanları məhv etmək üçün Sionist rejiminin siyasətini yeridirlər.

Öz fikirlərini ifadə edən dini lider deyib ki, dünya artıq imperialist qüvvəllərin yürütdüyü siyasətin acı nəticələrini müşahidə etməkdədirlər.

Ağa Murtaza Poya Pakistan, İraq və Suriyada baş verən məzhəbi zorakılığa görə imperialist qüvvəlləri günahkar bilib.

O əlavə edərək deyib ki, Avropa dövlətləri iqtisadi böhran yaşamaqdadırlar və Avropa dövlətləri gərək xalqların maraqlarını təmin edən siyasət yürütsünlər.

O sonda deyib: “Əgər onlar Amerika siyasətini davam etdirsələr bu zaman bu problemlərin öhdəsindən gələ bilməyəcəklər.”
Source : Islamtimes
Comment