0
Wednesday 13 March 2013 - 07:09

İran leykemiya əleyhinə dərman preparatının istehsalına başlayır

Story Code : 246362
İran leykemiya əleyhinə dərman preparatının istehsalına başlayır
Bu barədə Trend çərşənbə axşamı "İran TV IRIB News" saytına istinadən məlumat verir.

İran və Yaxın Şərqdəki ən iri biotexnoloji şirkətlərdən biri olan "Pooyesh Darou"nun baş direktoru Mijtəba Təbatabai yeni dərman preparatları barəsində danışıb.
 
Onun sözlərinə görə, İran iki yeni preparat - "Retaplaza" və "Peqfilqrastim" istehsal edəcək. "Reteplaza" ürək tutmasının müalicəsi və profilaktikası, "Peqfilqrastim" isə ağ qan hüceyrələrinin səviyyəsini stimullaşdırılması üçün istifadə edilir.
 
Təbatabai qeyd edib ki, İran dünyada "Reteplaza"nı ölkə daxilində istehsal edə bilən ikinci dövlətdir. Onun sözlərinə görə, İran bu ilin sonunadək preparatın kütləvi istehsalına başlamağı planlaşdırır.
 
Təbatabai bildirib ki, "Peqfilqrastim" yalnız İsveçrə şirkəti tərəfindən istehsal edilir, lakin İran bundan sonra onu ölkə daxilində istehsal edə bilər. O deyib ki, dünya bazarında preparatın qiyməti təqribən 1000 dollardır.
 
Onun sözlərinə görə, hər iki preparat pasiyentlər üzərində sınaqdan keçirilib və testlər müsbət nəticələr verib.  /Milli.Az/
Comment