0
Monday 15 April 2013 - 08:23

İlqar İbrahimoğlu Avropa Komissiyasının dəvətilə Brüsselə yola düşür

Story Code : 254264
İlqar İbrahimoğlu Avropa Komissiyasının dəvətilə Brüsselə yola düşür
Brüsseldə Avropa Komissiyasının və EIDHR-ın təşkil etdiyi bu konfransın əsas mövzusu - insan haqları, o cümlədən, dini etiqad azadlığı, demokratik proseslərin tədqiqatlarının müzakirəsi ilə bağlı olacaq.

Konfransın plenar iclaslarında müasir dünyada insan haqları və demokratiya müstəvisində tendensiyalar təhlil ediləcək, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə ediləcək, dini etiqad və vicdan azadlıqlarının müdafiəsi ilə bağlı problemlər araşdırılacaq, bu məsələlər ətrafında qabaqcıl təcrübə üzrə rəy mübadiləsi aparılacaqdır. İnsan haqlarının müdafiəsi müstəvisində hansı üsul və vasitələrin daha effektiv olması, işlək mexanizmlərin qiymətləndirilməsinin obyektiv meyarları da panellərdə təhlil ediləcəkdir.

Konfransın panellərinin birində Bəhreyndə insan haqlarının pozulması da müzakirə ediləcəkdir.

Bundan əlavə, söz azadlığı, jurnalist fəaliyyətinin azadlığının təmin olunması, insan haqlarının təmini üzrə instrumentarilərin qiymətləndirilməsi üzrə də müzakirələr aparılacaqdır.
Comment