0
Tuesday 11 May 2010 - 22:40
Fələstinin Həmas təşkilatı :

Sionist ravvinlərin Qüdsdəki əməlləri pislənilir

Story Code : 25677
Sionist ravvinlərin Qüdsdəki əməlləri pislənilir
Fələstinin Həmas təşkilatı Sionist ravvinlərin məscidül-Əqsa ərazisinə qarşı hücumunu pisləyib.
Sin Xua İnformasiya Agentliyinin Qəzzədən verdiyi məlumata əsasən, Həmas Təşkilatının sözçüsü Sami Əbuzəhri bazar ertəsi media mənsublarına bildirib ki , Sionist ravvinlərin məscidül-Əqsa ərazisinə kobud hərəkətlərlə yanaşı soxulması bu qeyri legitim rejimin Beytül-Müqəddəs və məscidül-Əqsanın quruluşunu dəyişmək niyyətində olduğunu göstərir. Həmçinin bu, Sionist rejimlə vasitəli müzakirələrə yenidən başlanmasının təbii nəticəsidir.
Fələstinli qaynaqların məlumatına əsasən, 50-yə yaxın Sionist ravvin polisin himayəsi altında bazar ertəsi günü məscidül-Əqsanın ərzisinə soxuldular. Bu da Beytül-Müqəddəsin şərqində Silvan şəhərciyində müxtəlif məntəqələrdə fələstinlilərlə sionistlər arasında şiddətli qarşıdurmanın yaranmasına səbəb oldu.
Source : IRIB
Comment