0
Monday 22 April 2013 - 18:45

İsrail ordu komandiri: Yəhudi ilə qeyri yəhudilər eyni hüquqlara sahib ola bilməzlər

Story Code : 256824
İsrail ordu komandiri: Yəhudi ilə qeyri yəhudilər eyni hüquqlara sahib ola bilməzlər
İsrail ordu komandiri: Yəhudi ilə qeyri yəhudilər eyni hüquqlara sahib ola bilməzlər
www.Islam times.org/az/ - Baş ravvin deyib ki, qeyri yəhudilərə İsraildə yəhudilər ilə bərabər hüquqlar vermək Tövratın qanunlarına ziddir və hökumət nümayəndələrinin Tövratın təlimlərinin əksinə hərəkət etmək haqqı yoxdur.

Ancaq əksər dünyamiqyaslı araşdırmaçılar hesab edirlər ki, halhazırkı Tövrat təhrif edilib və bu kitab daha Musa peyğəmbərə nazil olan təlimləri özündə əks etdirmir.

Peretsin bu irqi ayrıseçkilik haqqında fikirləri İsrail ordu ravvinləri tərəfindən dərc edilən “Mezuzahın Qanunları” adlı kitabında geniş şəkildə öz əksini tapıb.

İsrail ordu qüvvələri arasında paylanılan və mövzusu geniş şəkildə təbliğ edilən bu kitabın müəllifləri kapitan Aleksandr Rones, kapitan Dov Berkoviç və kapitan Hananiya Şafrandır.

Kitabda bildirilir ki, inamın simvolu kimi ordu bazalarının qapılarına müzuzahlar quraşdırılsın və İsrail ordusunda qeyri yəhudilərin olması bu əməlin qarşısının alınmasına səbəb kimi gətirilə bilməz.

Kitabda həmçinin deyilir ki, hətta hökumət mülkü sayılan şirkətlər belə qeyri yəhudilər tərəfindən satın alınmaya qədər onların bu mülkə sahib olmaları qeyri mümkündür.
Source : Islamtimes
Comment