0
Friday 26 April 2013 - 00:05

Səudiyyəli vəhhabi iraqlı şiə qadın və uşaqların qətlə yetirilməsini əmr edib

Story Code : 258024
Səudiyyəli din xadimi iraqlı şiə qadın və uşaqların qətlə yetirilməsini əmr edib
Səudiyyəli din xadimi iraqlı şiə qadın və uşaqların qətlə yetirilməsini əmr edib
Islam times.org/az/ - Saad əl Durihim öz Tvitter hesabında Mucahidin qrupuna çağırış edərək daha çox insanı qorxutmaq üçün qətl və qəddarlığı artırmağa səsləyib.

Səudiyyəli vəhhabi din xadiminin bu açıqlamasından sonra ona qarşı xeyli tənqidlər olmuş və hətta onu cinayətkar da adlandırmışdılar.

Bu ekstremist və məzhəbi ayrıseçkilik çağırışlarına cavab olaraq əl Mədinə qəzetinin yazarı deyib ki, Allahı şahid tuturam ki, həqiqətdə İslamı təhqir edənlər nə xristina, nə Yəhudi, nə də ki, Zərdüşlərdir, əksinə insanları qətl və qan tökməyə dəvət edən müsəlman ekstremistlərdir.

Akkaz qəzetinin yazarı Abdullah bin Baxit isə əl Durihimi tənqid edərək deyib: “Nə vaxta qədər ki, bu şəxs mühakimə olunmadan azad şəkildə hərəkət edir, onda biz terroristlərin Səudiyyə Ərəbistanında olmalarından təəccüblənməməliyik.”

Səudiyyəli yazıçı Muhəmməd əl Ömər isə öz Tvitter səhifəsində yazaraq deyib ki, təkfirçi Saad əl Durihim şiə qadın və uşaqları qətlə yetirməyi əmr edib, ancaq biz bu cür halları heç vaxt Muhəmməd Peyğəmbərin təlimlərində müşahidə etməmişik.
Source : Islamtimes
Comment