0
Saturday 15 May 2010 - 19:54
Tehranda :

G-15 ölkələrinin iclası başlanıb

Story Code : 25933
G-15 ölkələrinin iclası başlanıb
15G- qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin 32 -ci iclası şənbə günü Tehranda İİR-nin xarici işlər naziri Mənuçehr Müttəkinin giriş sözü ilə işə başlayıb.
Müxbirimizin məlumatına görə, İİR -nın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst G-15 qrupuna üzv ölkələrin dövlət başçıları və xarici işlər nazirlərinin Tehran sammitindəki iştirakını misli görünməmiş hadisə sayaraq deyib : Bu iclasda qərargahı Cenevrədə yerləşən beynəlxalq təşkilatların 7 daimi nümayəndəsi, həmçinin müxtəlif ölkələrin 60 nümayəndəsi, Misir , Braziliya , Venesuela , Nigeriya ,Hindistan , Şrilanka və Seneqalın xarici işlər nazirləri iştirak edir .

Çıxışının digər hissəsində dünyanın müxtəlif problemlərinə toxunan İİR-nin hökumət nümayəndəsi məqsədi dünyada ədalətin bərqərar edilməsi adlandırıb və deyib : Tehran sammitində dünyanın müxtəlif problemlərinin həlli üçün iqtisadi proqram təqdim olunacaq .

O Türkiyənin hökumət başçısı Rəcəb Teyyib Ərdoğanın Tehran iclasında iştirak etməməsinə işarə edərək deyib : İİR Türkiyə baş nazirinin bu iclasda iştirak etməsi üçün dəvətnamə göndərməmişdi.
Mehmanpərəst bu məsələyə aydınlıq gətirərək deyib : Rəsmi Ankara bu iclasda Türkiyənin iştirak edəcəyini bildirsə də, sonradan türk rəsmilər Ərdoğanın Tehrana gəlməyəcəyini bildirdilər .
Son məlumatlara əsasən G-15 qrupuna üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında Əlcəzair , Braziliya , Venesuela , Zimbabve, Şrilanka və İndoneziyanın prezidentləri həmçinin Qətər əmiri Şeyx Həməd Ben Xəlifə kimi dövlət başçıları iştirak etməlidirlər .
İİR ,Əlcəzair , Argentina , Braziliya , Misir , Hindistan, İndoneziya ,Malayziya , Meksika , Nigeriya , Seneqal , Şrilanka , Venesuela və Zimbabve sözü gedən qrupa üzv ölkələrdirlər .
G-15 qrupuna sədrlik 4 il bundan öncə Kubada keçirilən iclasda Əlcəzairdən İrana təhvil verildi və İrandan sonra dövri sədrlik Şrilankaya veriləcək.
Source : IRIB
Comment