0
Monday 6 May 2013 - 00:03

Sabiq ABŞ rəsmisi: Kimyəvi silahlardan istifadə İsrailin uydurmasıdır

Story Code : 261066
Sabiq ABŞ rəsmisi: Kimyəvi silahlardan istifadə İsrailin uydurmasıdır
Sabiq ABŞ rəsmisi: Kimyəvi silahlardan istifadə İsrailin uydurmasıdır
Islam times.org/az/ - Sabiq ABŞ dövlət katibi Kolin Pauel zamanında ordu birləşmələrinin rəhbəri vəzifəsində xidmət etmiş istefada olan polkovnik Laurens Vilkerson deyib ki, o Suriya hökumətinin qırmızı xətti keçdiyinə inanmır.

Vilkerson televiziya kanalına müsahibə zamanı deyib: “Mənim kəşfiyyat xidmətindən əldə etdiyim məlumata əsasən bütün faktlar qondarmadır.”

O həmçinin ABŞ hökumətinə məsləhət görərək bu cür qondarma sübutlar səbəbindən hər hansı bir yalnış addım atmasın.

Suriya prezidenti Bəşər Əsədin müxalifləri hökuməti ölkə vətəndaşlarına qarşı kimyəvi silahdan istifadədə ittiham etdiyi bir vaxtda rəsmi Dəməşq deyib ki, kimyəvi silahdan hücum ölkədəki xaricdən dəstək alan üsyançılar tərəfindən həyata keçirilib.

İsrail baş naziri Benyamin Netanyahunun yürütdüyü siyasətə toxunan Vilkerson deyib ki, o yararsız bir rejim vəziyyətinə gəlmiş İsrailin geostrateji, geosiyasi kursunu düzgün idarə edə bilmir. Biz bunun bariz nümunəsini prezident Obamanın Bibi Netanyahuya “telefonu götür, Ankaraya zəng et və özünü halhazırda olduğunun tədric olmadan xilas et” sözlərində görürük.

Vilkerson bu sözləri bəyan etməklə ABŞ prezidenti Barak Obamanın Netanyahuya təziq edərək İsrailin 2010-ci ildə Türk vətəndaşlarının olduğu Qəzzaya yardım aparan gəmiyə hücum etməsi üçün üzr istəməsi hadisəsini xatırladıb.

O sözlərinə davam edərək deyib ki, İsrail halhazırda müqavimət hərəkatının daha da güclənməsi, İsrail yönümlü ərəb diktatorlarının hakimiyyətdən devrilməsi və Suriyada mövcud olan münaqişə səbəindən çox-çox təhlükəli bir vəziyyət içərisindədir.
Source : Islamtimes
Comment