0
Friday 17 May 2013 - 10:01

Suriyada “Nusra cəbhəsi” qruplaşmasının lideri öldürülüb

Story Code : 264739
Suriyada “Nusra cəbhəsi” qruplaşmasının lideri öldürülüb
Bu barədə xarici KİV-lər məlumat yayıb. Terrorçu qruplaşmanın liderinin Kuveyt vətəndaşı olduğu məlum olub, - “RİA Novosti”.

Terrorçu qruplaşmanın lideri Şərqi Qutada gedən döyüşlər zamanı öldürülüb. Paytaxt Dəməşqdən şərqdə yerləşən həmin şəhərdə silahlı qruplaşmalar kiçik mikrorayonları ələ keçirmək istəyib. Artıq bir neçə aydır ki, silahlı yaraqlılar burada bəzi rayonları ələ keçirmək istəsələr də böyük itkilər verirlər.

Qeyd edək ki, bundan öncə “Nusra cəbhəsi” qruplaşmasının digər lideri Əbu Muhəmməd əl-Culani də əməliyyatlar zamanı yaralanmışdı.  /Deyerler/
Comment