0
Tuesday 21 May 2013 - 14:59

Ayətullah Məkarim Şirazi Şeyxlə görüşdə İlham Əliyevə müraciət edib

Story Code : 266085
Ayətullah Məkarim Şirazi Şeyxlə görüşdə İlham Əliyevə müraciət edib
Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrlə görüş də maraqla keçib. Hacı Allahşükür Paşazadə onlardan problemləri barədə açıq danışmağı xahiş edib. O bildirib ki, Əl-Mustafa Universitetinin azərbaycanlı tələbələrinə çox güvənir. (P.S. Gop da olsa maraqlıdı)

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyəti Ayətullah Məkarim Şirazi ilə görüşüb. Görüşdə maraqlı fikirlər səsləndirilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevə həbsdə olan İslam alimlərinin azad edilməsi üçün müraciət edilib.

Ayətullah Məkarim Şirazi Allaşükür Paşazadə ilə görüşündə İran İslam Respublikasının Azərbaycan və Qafqaz regionu ilə qonşuluğuna işarə edərək vurğulayıb: “İslamda qonşular və onlarla yaxşı münasibət çoxlu sifariş olunmuşdur. Belə ki, Əmirəlmömininin (ə) kəlamında gəlmişdir ki, Peyğəmbər (s) qonşular barədə o qədər tövsiyə edirdi ki, elə bil qonşular bir-birlərinə qohumdurlar. Düşmənlərin bizim aramızda ayrılıq salmasına, sui-zənn və anlaşılmazlıq yaratmalarına icazə verməməliyik”.

Ayətullah Məkarim Şirazi Paşazadəyə xitab edərək sonra belə deyib: “Bizim eşitdiklərimizə əsasən, sizin Azərbaycan və Qafqaz regionunda nüfuzunuz var. Öz nüfuz və təsirli olmağınızdan düşmənin hiylələrini məhv etmək və mövcud problemlərin həlli üçün istifadə edin. Öz mövqeinizdən istifadə edərək, müsəlman xalqın azad olmasına, öz dini mərasimlərini icra edə bilmələrinə çalışın. Çünki onlar öz dini mərasimlərinin keçirilməsində nə qədər azad olsalar, hökumətlə xalqın bağlantısı bir o qədər möhkəm olar”.

Söhbətinin davamında Ayətullah Məkarim Şirazi Azərbaycan Prezidenti İlham Əliyevə də müraciət edib: “Mən Azərbaycan Prezidentinə təklif edirəm ki, xalqla asan rəftar etsin və zindanda olan ruhani və dindarları azadlığa qovuşdursun. Bunun həm ölkə xalqı, həm də qonşu ölkələrin xalqı arasında yaxşı təsiri vardır”.

Qeyd edək ki, görüşdə Allahşükür Paşazadə Qafqaz və Azərbaycan xalqının səmimi salamlarını Ayətullah Məkarim Şiraziyə çatdırıb və onu Azərbaycana dəvət edib.(
Source : Faktxeber
Comment