0
Sunday 23 June 2013 - 15:51

"Biz Suriyanın milli maraqlarına xidmət edən istənilən görüşü dəstəkləyirik"

Story Code : 276068
"Biz Suriyanın milli maraqlarına xidmət edən istənilən görüşü dəstəkləyirik"
İranın xarici işlər naziri Əli Əkbər Salehi Suriya münaqişəsi ilə əlaqədər Qətərin paytaxtı Dohada keçirilən beynəlxalq konfransın nəticələri ilə bağlı münasibət bildirib. Salehi qeyd edib ki, özlərini “Suriyanın dostları” adlandıran Qərb nümayəndələrinin dildə bir söz deyib, əməldə başqa iş görməsi heç bir məntiqə sığmır.
 
“Biz Suriyanın milli maraqlarına xidmət edən istənilən görüşü dəstəkləyirik. Lakin Qərb güclərinin insan haqları ilə bağlı səsləndirdikləri fikirlərinə zidd addımlar atması ağlasığmazdır. Onlar bir tərəfdən insan haqlarına yüksək dəyər verdiklərini bildirdikləri halda, digər tərəfdən Suriyada qaniçən qüvvələri silahlandırmaqda davam edirlər. Cenevrə konfansına gəldikdə isə, belə bir konfrans baş tutacaqsa və bizim də orada iştrak etməyimiz məsləhət olsa bunu edəcəyik”, - deyə Salehi sözlərini ifadə edib.

Birgə mətbuat konfransında çıxış edən Livanının xarici işlər naziri Adnan Mənsur isə öz növbəsində Suriyada davam edən zorakılıqların ölkəyə təsirindən qorunmaq üçün Livan hökumətinin əlindən gələni etdiyini bildirib. /ans/
Comment