0
Sunday 14 July 2013 - 16:21

ABŞ kəşfiyyatı ilə bağlı - Şok iddia

Story Code : 283024
ABŞ kəşfiyyatı ilə bağlı - Şok iddia
Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Edvard Snoudenin açıqlamalarından sonra bu dəfə də İngiltərənin Qardian qəzetinin ortaya çıxardığı iddia dünya kəşfiyyat orqanlarının nüfuz etdikləri dairənin nə qədər geniş olduğunu göstərir.
İddiaya görə texnologiya nəhəngi Maykrasoft ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edir. Şirkətin xidmətlərindən istifadə edən Mərkəzi Kəşfiyyat İdarəsi istifadəçilərin bütün məlumatlarını gizlicə təqib edir. Bu məlumatlara elektron ünvanlardan tutmuş görüntülü söhbətlər və bütün digər məlumatlar daxildir.
Bundan başqa qəzet Snoudenin onlara təqdim etdiyi sənədləri də mətbu orqanda dərc edərək ictimaiyyətə yayıb. Sənədlərə görə Maykrasoft Amerika Kəşfiyyatına şifrələmə sistemini keçməsi və məlumat bazalarını görmək üçün köməklik göstərir.
Qəzetin xəbərinin yayılmasından sonra açıqlama verən Maykrasoft şirkəti iddiaları təkzib edib. Şirkət açıqlamasında əməkdaşlığın sadəcə "rəsmi tələblər müqabilində" reallaşdırıldığını və kəşfiyyat orqanına yalnız bəzi şəxslərin məlumatlarını ötürdüklərini bəyan edib. /haqqyolu/
Comment