0
Friday 19 July 2013 - 15:18

İsrail İrana hücum etmək qüdrətində deyil

Story Code : 284724
İsrail İrana hücum etmək qüdrətində deyil
İsrail İrana hücum etmək qüdrətində deyil
Islam times.org/az/ - Çərşənbə axşamı günü Tehranda müharibə veteranları qarşısında çıxış edən Ruhani deyib ki, İrana gəldikdə bütün seçimlərin masa üzərində olması fikiri çox gülməlidir.

Düşmən yaxşı bilir ki, hərbi hücum olacağı təqdirdə İran göründüyündən daha möhkəm və daha güclü müqavimət göstərəcək.

Ruhani bu açıqlamanı İsrail baş naziri Benyamin Netanyahunun bazar günü İslam Respublikasına qarşı hərbi təhdidləri təkrar edərək dünya liderlərindən İrana qarşı sanskiyaları artırmağı tələb etdikdən sonra dedi.

CBS kanalına müsahibə verən Netanyahu deyib ki, Tehran İsrailin “qırmızı xəttinə” doğru hərəkət etməkdədir və əgər İran təziqlər qarşısında təslim olmasa bu zaman hərbi hücuma ehtiyac duyulacaq.
O deyib: “Biz ABŞ-dan daha yaxınıq. Biz daha həssasıq. Bu səbəbdən də İranı necə dayandıraq sualına biz ABŞ-dan qabaq cavab verəcəyik.”

ABŞ və İsrail dəfələrlə İranı hərbi hücum ilə təhdid edərək İslam Respublikasından uranının zənginləşdirməsini dayandırmasını tələb edib.

İran isə ona qarşı olan bütün təhdid və iddiaları rədd edərək bildirib ki, bir sıra beynəlxalq təşkilatların üzvü olaraq İranın dinc məqsədlər üçün nüvə enerji proqramından istifadə etməyə tam haqqı var.
Source : Islamtimes
Comment