0
Wednesday 31 July 2013 - 16:25

ABŞ müsəlmanlar arasında münaqişə yaratmaq üçün sələfiləri dəstəkləyir

Story Code : 288553
ABŞ müsəlmanlar arasında münaqişə yaratmaq üçün sələfiləri dəstəkləyir
Islam times.org/az/ - Tehranda Yəməndən olan parlamentarilər və siyasi fiqurlar ilə görüşən məclisinin vitse spikeri Muhəmməd Həsən Əbuturabi Fərd deyib ki, ABŞ və onun regional müttəfiqləri müsəlman xalqlar arasında ayrılıq yaratmaq üçün münaqişələr yaradırlar.

O müsəlmanların inkişaf və rifahı üçün dini və məzhəbi münaqişələrdən çəkinməyin əhəmiyyətini vurğulayıb.

İranlı millət vəkili deyib: “Müsəlman dünyasında təkfirçi və sələfi fenomeninin yaradılması və ABŞ-ın onlara dəstək verməsi İslam düşmənlərinin digər bir təxribatıdır və bununla mübarizə aparmaq üçün müsəlman ümmətinin daha çox vəhdətə və birliyə ehtiyacı var.”

Əbuturabi Fərd əlavə edərək deyib ki, İran İslam Respublikası müsəlmanlar arasında vəhdəti bərqərar etmək və daha da gücləndirmək üçün bütün imkan və bacarıqlarından istifadə edəcək.

Yəmənli rəsmilər həmçinin öz fikirlərini səsləndirərək müsəlman xalqlarını öz vəhdətlərini gücləndirməyə səsləndirib.
Onlar İranın Fələstin xalqına və müqavimətə verdiyi dəstəyi yüksək qiymətləndirmiş və Tehran ilə Sana arasında olan əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdılar.

Yəmənin Şiə Hausi hərəkatı iyul ayında bəyan edərək bildirmişdir ki, ABŞ-dan dəstək alan təkfirçi döyüşçülər ölkənin şimal hissəsində müharibə planlaşdırırlar.

Təkfirçilərin əksəriyyəti özlərini əl Qaidə terror qruplaşmasının üzvü hesab edirlər və onların əqidəsində olmayan insanları qətlə yetirməyi halal hesab edirlər.
Source : Islamtimes
Comment