0
Thursday 1 August 2013 - 13:41

Andiçmə mərasimində 50-dən çox ölkənin rəsmisi iştirak edəcək

Story Code : 288797
Andiçmə mərasimində 50-dən çox ölkənin rəsmisi iştirak edəcək
APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib.
 
Onun sözlərinə görə, inauqurasiya mərasiminə 10 ölkə prezidenti qatılacaq: “Qazaxıstan, Livan, Pakistan, Əfqanıstan və Sudan prezidentləri, İraqın vitse-prezidenti, Rusiya Dövlət Dumasının sədri, Suriyanın baş naziri tədbirdə iştirak edəcək dövlət rəsmilərindəndirlər. Bundan əlavə, Malayziyanın keçmiş baş naziri Mahatir Məhəmməd və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Havyer Solana da xüsusi qonaqlardandır. Çindən isə bir nazir mərasimdə iştirak edəcək”.
 
A.Əraqçı deyib ki, H.Ruhaninin andiçmə mərasimində ölkə rəsmiləri bütün qitələrdən, xüsusilə də Asiya, ABŞ və Afrikadan iştirak edəcəklər: “Avropa qitəsindən həmin qitədə yerləşən ölkələrin İrandakı bütün səfirləri tədbirə dəvət olunublar”.

Qeyd edək ki, H.Ruhaninin andiçmə mərasimi avqustun 4-də ölkə parlamentində keçiriləcək. Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.
Comment