0
Wednesday 31 July 2013 - 19:18

Gənc dindarların Əhya gecəsi

Story Code : 289014
Gənc dindarların Əhya gecəsi
Gənc dindarların Əhya gecəsi
Islam times.org/az/- Elə bilməyin ki, Azərbaycanda təkcə həbsxanalarda ibadət edənlərə təzyiqlər olur, onlara ibadət etmək yasaq edilir, elə azadlıqda olanların da başı ibadət etdiyi üçün az müsibət çəkmir.

Orucluğun şiələr üçün bir məqamı da Əhya gecələridir, bu günlərdə də Əhya gecələri keçirildi, Bakıda və regionlarda olan məscidlərdə Əhya gecələri təşkil olundu. Ancaq Əhyalarda iştirak etdiyi üçün bir çox möminlərin başı zülüm çəkib, Bakının mərkəzində, əyalətində olan məscid əhli şikayətlidir ki, onlar Əhyalarda iştirak etdikləri polis tərəfindən saxlanılıb.

Şəhərin mərkəzindəki “Zəhra” məscidinə Əhya gecəsində toplaşan gənc möminlər imsaq üçün evlərinə gedərkən polis tərəfindən saxlanılıb, bölməyə aparılıb və izahat alınıb.

Uzun müddətə həbs olan olmayıb, ancaq polis tərəfindən saxlanılaraq bölməyə aparılması halları çoxdur, onlar polisdə izahat verənə qədər imsaqı da qaçırmış olurlar. Bu cür hallarla bağlı biz imkan daxilində araşdırma işləri apardıq, məlum oldu ki, Bakının 10 məscidində, rayonlardan – Masallı, Neftçala, Göyçay, Gəncədə analoji hallar baş verib.

Bununla bağlı rəsmi şəkildə DİN-dən yerli polis idarələrinə hər hansı bir əmr və ya tapşırıq gəlməyib, ola bilər qeyri rəsmi şəkildə əmr gəlib ki, Əhya gecələrində dindar adamların başını ağrıdın, zülm verin. Bunu yerli polis idarələrinin özbaşnalığı kimi də qiymətləndirmək olmaz çünki Əhya gecələrində iştirak edən gənc dindarlara qarşı bir regionda deyil, bir neçə regionda hərəkətə keçiblər.

Ciblərinə narkotik atıb, şərləyərək bir neçə illiyə həbs etməsələr də yalnız gənc dindarları saxlayır, izahat alır, polis bölməsində bir neçə saat saxlamaqla msaqın vatını keçirir, gənc dindarları təhqir edir, alçaldırlar. Bu cür hallarla qarşılaşan dindar adamlar halı, əhvalı, sizcə necə ola bilər? Axı dindar adamlar nə qədər səbrli, təmkinli olsalar da, onlar da insandır, onların da şərəf və ləyaqət hissi var, onlar da alçaldılan zaman özlərini pis hiss edirlər.

Ramazanda dinarların qanını qaraltmaq üçün polisin məxsusən Əhya gecələrini seçmələri də məncə təsadüf deyil və bu barədə düşünməyə dəyər.
Source : Islamtimes
Comment